Bank Of Baku

ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 20 avqust 2007 15:32 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin toplantısı keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda 2008-ci il prezident seçkiləri ilə bağlı məsələ müzakirə edilib və qərara alınıb ki, partiya 9-cu qurultayın qərarlarına uyğun şəkildə seçkilərdə iştirak etsin. Yığıncaqda seçkidə iştirakın taktikası ilə bağlı məsələnin yaxın vaxtlarda müzakirə olunması məqsədə uyğun hesab edilib. Bununla yanaşı, toplantıda regionda cərəyan edən proseslər müzakirə edilib, baş verənlərin Azərbaycanın suverenliyinə və müstəqilliyinə təhlükə ola biləcəyi qeyd edilib. İdarə Heyəti ABŞ-la Azərbaycan arasında Transxəzər qaz kəməri layihəsi ilə bağlı razılaşmanın Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə yardım edəcəyinə də ümid edib. ADP ABŞ-ın Minsk Qrupundakı nümayəndəsi Metyu Brayzanın Dağlıq Qarabağla bağlı verdiyi son bəyanatlarını onun bitərəf vasitəçilik missiyası ilə bir araya sığmadığını bildirərək, bunu ermənipərəst mövqe tutması və separatçılığa dəstək verməsi kimi qiymətləndirir, onun ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyini Azərbaycan üçün arzuolunmaz hesab edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR