Bank Of Baku

ABŞ-ın Los-Anceles şəhərində çıxan “Celebrity Society” jurnalı Azərbaycan haqqında məqalə dərc edib

ABŞ-ın Los-Anceles şəhərində çıxan “Celebrity Society” jurnalı Azərbaycan haqqında məqalə dərc edib
# 21 avqust 2007 08:15 (UTC +04:00)
ABŞ-ın Los-Anceles şəhərinin məşhur “Celebrity Society” (“Məşhurlar Cəmiyyəti”) jurnalı Azərbaycan haqqında məqalə dərc edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, bu il Azərbaycanın Los-Anceles şəhərindəkı Baş Konsulluğunun 28 may - Respublika Günü münasibətilə təşkil etdiyi ziyafətdən bəhs edən reportajda ölkənin Cənubi Qafqaz regionunda oynadığı roldan danışılır. Yazıda qeyd olunur ki, bu il keçirilən mərasimə Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger və Los-Anceles şəhərinin meri Antonio Villaraqosa təbrik məktubu yollayıblar. Tədbirdən hazırlanan foto-reportajda Beverli Hills şəhərinin meri Cimmy Dilşad, Los-Anceles şəhərinin və Kaliforniya ştatının yüksək rütbəli məmurlarının, diplomatik missiyaların və biznes elitası nümayəndələrinin şəkilləri dərc olunub.
Qeyd edək ki, bu, “Celebrity Society” jurnalının Azərbaycanla bağlı dərc etdiyi ikinci yazıdır. Bundan əvvəl jurnal Los-Anceles şəhərindəki Azərbaycan Konsulluğunun 18 Oktyabr - Milli Müstəqillik Günü münasibətilə keçirdiyi ziyafətdən reportaj hazırlayıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR