Bank Of Baku

İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana səfəri zamanı bir neçə güneyli təşkilat Bakıda piket keçirəcək

İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana səfəri zamanı bir neçə güneyli təşkilat Bakıda piket keçirəcək
# 21 avqust 2007 10:14 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana səfəri zamanı bir neçə güneyli təşkilat Bakıda piket keçirəcək. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlının APA-ya verdiyi məlumata görə, təmsil etdiyi qurum, Dünya Azərbaycanlıları Konqresi (DAK) və Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) bir qrup üzvü avqustun 22-də İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyada İran dövlətinin bu ölkədə yaşayan türklərlə bağlı siyasəti tənqid olunacaq və hüquq-mühafizə orqanları tərəfindən tutularaq, barələrində həbs qərarı seçilən türklərin sərbəst buraxılması tələb ediləcək. DAK katibi Vaqif Sultanlı da təmsil etdiyi qurumun qeyd olunan aksiyada iştirakını təsdiq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR