Bank Of Baku

AMİP İran prezidentinin Azərbaycana səfərini pisləyib

AMİP İran prezidentinin Azərbaycana səfərini pisləyib
# 21 avqust 2007 12:51 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri ilə bağlı bəyanatla çıxış edib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda M. Əhmədinejadın səfəri və İran dövlətinin bu ölkədə yaşayan azərbaycanlılarla bağlı siyasəti pislənilir: “İranda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik, assimilyasiya siyasəti yeridən və insan hüquqlarını kütləvi sürətdə pozan şovinist rejimin prezidenti Mahmud Əhmədinejadın Bakıya səfəri millətin heysiyyatına toxunmaq və bütün azərbaycanlılara sayğısızlıq deməkdir. AMİP hesab edir ki, İran bu ölkədə yaşayan azərbaycanlıların haqlarına hörmətlə yanaşmayınca, bu ölkə başçısının Azərbaycana səfəri məqbul deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR