Bank Of Baku

Qüdrət Həsənquliyev: “Biz parlament seçkilərində qalib gələn partiyaya prezident tərəfindən hökuməti formalaşdırmaq səlahiyyəti verilməsini təklif edirik”

Qüdrət Həsənquliyev: “Biz parlament seçkilərində qalib gələn partiyaya prezident tərəfindən hökuməti formalaşdırmaq səlahiyyəti verilməsini təklif edirik”
# 21 avqust 2007 14:07 (UTC +04:00)
BAXCP sədri Qüdrət Həsənquliyev APA-ya partiyasının təqdim edəcəyi layihənin bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, BAXCP-nin təqdim etdiyi təkliflər qəbul olunacağı təqdirdə siyasi partiyaların dövlətin idarə olunmasındakı rolu artacaq, demokratik islahatların aparılması sürətlənəcək: “Bizim təklif etdiyimiz dəyişikliklərə görə, ölkədə prezident və parlament hakimiyyəti formalaşacaq. Biz parlament seçkilərində qalib gələn partiyaya prezident tərəfindən hökuməti formalaşdırmaq səlahiyyəti verilməsini təklif edirik. Əgər seçkidə qalib gələn partiya qanunda nəzərdə tutulan müddətə bunu formalaşdıra bilmirsə, səlahiyyət ikinci yeri tutan partiyaya keçir. İkinci partiya da hökuməti qura bilməyəcəksə, prezident parlamenti buraxıb, yeni seçki keçirilməsini elan edə bilər. Bu sistem ölkə idarəçiliyində siyasi partiyaların iştirakını təmin edir. Bizim hazırkı Konstitusiya isə buna imkan vermir. Uzun illər ərzində bir partiya yüksək faizli səs alır, prezident seçilən şəxs hökuməti formalaşdırır, nəticədə digər partiyalar müxalifətdə qalır. Bizim təklifə görə isə parlament hökuməti formalaşdıranda, səslər partiyalar arasında bölünür, bu, partiyaların koalision hökuməti formalaşdırmaq imkanını da yaradır”. Q. Həsənquliyev deyib ki, təkliflər arasında Milli Məclisin üzvlərinin sayının 125-dən 150-yə qaldırılması da var. Partiyanın işçi qrupunun hazırladığı layihə bu ilin sentyabrda Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komissiyasına təqdim ediləcək: “Ola bilər ki, komissiya təklifin parlamentin gündəliyinə salınmasını tövsiyə etməsin. Ancaq hesab edirəm ki, hakimiyyət bu təkliflə yaxından tanış olmalıdır”. O, təkliflə bağlı parlamentdə təmsil olunan müxalifət partiyaları ilə ayrı-ayrılıqda müzakirələrin aparılacağını da deyib: “Layihə ictimai müzakirəyə təqdim olunacaq. Fikrimcə, heç kim buna qısqanclıqla yanaşmamalıdır. Çünki bu yalnız cəmiyyətin xeyrinə olacaq”. Q. Həsənquliyev təkliflər paketinin sentyabrın 2-də mətbuat vasitəsilə ictimaiyyətə açıqlanacağını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR