Bank Of Baku

Raket hücumundan müdafiə ilə bağlı ABŞ-Rusiya danışıqlarının növbəti mərhələsi sentyabrda Moskvada keçiriləcək

Raket hücumundan müdafiə ilə bağlı ABŞ-Rusiya danışıqlarının növbəti mərhələsi sentyabrda Moskvada keçiriləcək
# 21 avqust 2007 14:41 (UTC +04:00)
Raket hücumundan müdafiə problemi ilə bağlı ABŞ-la Rusiya arasındakı danışıqların növbəti mərhələsi sentyabr ayında Moskvada keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Yuri Baluyevski deyib. Onun sözlərinə görə, Amerika tərəfi bu məsələdə əməkdaşlığa hazır olduğunu bildirir. Bununla yanaşı, Vaşinqton hesab edir ki, Rusiyanın təklifləri ABŞ-ın Avropada raket hücumundan müdafiə rayonu yaradılması üzrə planlarını tamamlamalıdır. Rusiya isə bunun əleyhinədir. Y. Baluyevskinin fikrincə, raket təhlükəsini dəf etmək üçün Qəbələdəki RLS-in, eləcə də Rusiyanın yaratdığı yeni radiolokasiya sistemlərinin imkanlarından istifadə olunmalıdır. Çexiya müdafiə nazirinin müavini Martin Bartakla görüşdən sonra jurnalistlərə açıqlama verən general bəyan edib ki, Çexiya öz ərazisində ABŞ-ın raket hücumundan müdafiə sistemlərini yerləşdirərsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur olacaq. M. Bartak isə cari ildə bu barədə qərar qəbul olunmayacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, bu məsələ Rusiya ilə Çexiyanın münasibətlərinə təsir göstərməməlidir.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında sentyabrda Moskvada keçiriləcək danışıqlarda Azərbaycan nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik bilinmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR