ADP prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyə bilər
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında partiyanın bu ilin mayında keçirilən qurultayında prezident seçkilərində iştirak etməklə bağlı qərar qəbul etdiklərini xatırladıb. Onun sözlərinə görə, bu seçkilərdə müxalifətin vahid namizədi olacaqsa, ADP namizədi dəstəkləyə bilər, eyni zamanda seçkilərə blokla qatılmaq məsələsinin də müzakirəsi mümkündür: “Əgər iqtidar seçkinin demokratik keçirilməsinə təminat vermək üçün addımlar atsa, ADP hakimiyyətin də namizədini dəstəkləyə bilər. Yəni ADP seçkidə namizəd dəstəkləmə məsələsində milli maraqlara üstünlük verəcək”.
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə bildirib ki, partiyanın 2008-ci ilin aprel-may aylarında keçiriləcək qurultayında bu məsələyə aydınlıq gətiriləcək. O, 2003-cü ildə keçirilən prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəklədiklərini də xatırladıb: “Hesab edirəm ki, bu dəfədə partiya qurultayında İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verəcək”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov partiyalarının prezident seçkilərində iştirak strategiyasının hələ müəyyənləşdirilmədiyini deyib: “2007-ci ilin payızında partiyanın qurultayında bu məsələ ilə bağlı qərar veriləcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə partiyasının prezident seçkisi ilə bağlı qərar verdiyini söyləyib. İ. Ağazadə 2007-ci ilin mayında keçirilən qurultayda partiyanın seçkilərə öz namizədi ilə qatılacağı haqda qərar verdiyini qeyd edib: “Prezident seçkilərində Ümid Partiyası öz sədrinin namizədliyini irəli sürəcək”.
Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu isə partiyasının Ali Məclisinin seçkiyə öz namizədi ilə qatılmaqla bağlı qərar qəbul etdiyini söyləyib: “Bu namizədin partiya üzvü və ya sədri olacağı hələ müəyyənləşməyib. Hər bir halda Böyük Quruluş Partiyası heç bir bloka, birliyə qoşulmadan, müstəqil şəkildə seçkidə iştirak edəcək”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin sözlərinə görə isə partiyanın 2008-ci ilin aprelində keçiriləcək qurultayında bu məsələyə aydınlıq gələcək və qurumun prezident seçkilərində iştirakının istiqamətləri müəyyənləşdiriləcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov prezident seçkiləri ilə bağlı qərarın təmsil olunduqları “Azadlıq” blokunda müəyyənləşəcəyini deyib: “Seçki Məcəlləsində dəyişikliklər həyata keçirildikdən və komissiyalar paritet əsaslarla formalaşdıqdan sonra partiya seçkidə iştirak edə bilər. AXCP seçkidə “Azadlıq” blokunun namizədini dəstəkləyəcək”.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov isə partiyanın Nizamnaməsinə görə seçkidə liderlərinin-yəni Rəsul Quliyevin namizədliyini dəstəkləyəcəklərini deyib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov isə seçkilərə qatılacaqları təqdirdə öz namizədlərini dəstəkləyəcəklərini bildirib.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə partiyasının Siyasi Şuranın prezident İlham Əliyevin siyasətini dəstəkləməsi barədə rəsmi qərarı olduğunu xatırladıb: “Prezident seçkilərinə rəsmi start veriləndən sonra partiyanın qurultayı keçiriləcək. Yəqin ki, bu toplantıda İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi irəli sürüləcək”. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyasının təmsil olunduğu “Azadlıq” bloku seçkilərə qatılacağı təqdirdə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət və ya AXCP sədri Əli Kərimlinin namizədliyini dəstəkləyəcəklərini diqqətə çatdırıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə APA-ya ötən həftə verdiyi müsahibəsində partiyasının 2008-ci il prezident seçkiləri ilə bağlı qərarının payızda açıqlanacağını bildirib: “İndiki mərhələdə seçkidə iştirak əhval-ruhiyyəsindəyik. Sonrakı mərhələdə hansı qərarları verəcəyimizi isə zaman göstərəcək”./APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb