Bank Of Baku

Bir qrup müxalifət partiyasının rəhbəri görüş keçirib

Bir qrup müxalifət partiyasının rəhbəri görüş keçirib
# 21 avqust 2007 16:57 (UTC +04:00)
“Müxalifət düşərgəsində təmsil olunan Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Tərəqqi Partiyası və “Azərbaycan Naminə” İctimai Forumun rəhbərlərinin iştirakı ilə bu gün keçirilən toplantı siyasi qurumlar arasında yaxınlaşmağa xidmət edir. Beləliklə, prosesin sıx əməkdaşlığa çevrilməsinə də zəmin yaranır”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, bu gün Müsavat Partiyasının qərargahında keçirilən toplantıda ölkə müxalifəti ilə beynəlxalq təşkilatların əlaqələri mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan müxalifətinin üzərinə düşən vəzifələrdən bəhs edilib və beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR