Bank Of Baku

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Tehranda bu il oktyabrın 16-da keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Tehranda bu il oktyabrın 16-da keçiriləcək
# 22 avqust 2007 07:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Bütün dövlət başçılarının sammitdə iştiraka artıq razılıq verdiyini söyləyən prezident bunu sevindirici hal adlandırıb. O, Xəzərin sülh, qardaşlıq, əminamanlıq dənizi olmasının vacibliyini qeyd edib, bunun üçün hər cür imkanın olduğunu vurğulayıb: “Xəzər dənizi həm də bu dənizin sahilində yaşayan xalqlar arasında dostluq və qardaşlığın yaranması, xalqların öz mənafeyini, öz maraqlarını qoruması və inkişaf etdirməsi, həmçinin xalqlar arasında münasibətlərin və əməkdaşlığın güclənməsi üçün yaxşı imkandır. Xəzəryanı ölkələrin xalqları bu potensialdan istifadə etməlidirlər”. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR