Bank Of Baku

Mahmud Əhmədinejad: “İran nüvə texnologiyası sahəsində qazandığı təcrübəni digər xalqlara öyrətməyə hazırdır”

Mahmud Əhmədinejad: “İran nüvə texnologiyası sahəsində qazandığı təcrübəni digər xalqlara öyrətməyə hazırdır”
# 22 avqust 2007 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad deyib. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) üzvü olaraq nüvə enerjisinə malik olmaq hüquqlarından yararlandığını qeyd edən rəsmi qonaq ölkəsinin qanun çərçivəsində hərəkət etdiyini söyləyib: “Bəzi güclər İranın əməllərinin MAQATE-nin prinsiplərinə zidd olmadığını, qanuna əsaslandığını bilsə də, müxtəlif siyasi bəhanələrlə bunun əleyhinə çıxmağa səy göstərir. Onlar xalqımızı haqqından məhrum etmək istəyirlər. Bunun üçün hər yola əl atdılar, iqtisadi, psixoloji, silahlı təhdidlərə yox verdilər, nə mümkündürsə, etdilər, lakin bütün səylərə baxmayaraq, heç nəyə nail olmadılar. İran xalqı qanun çərçivəsində sənayeləşdirilmiş nüvə texnologiyasına nail olub. O qüvvələr səhv yolda olduqlarını anlamalı, İran xalqının qanuni haqlarını tanımalıdırlar. Biz onlara deyirik ki, sizin davranışınız İran xalqının əleyhinə yönəlib, siz çirkin, qeyri-qanuni hərəkət etdiyinizi bilirsiniz, yaxşı olar ki, İran xalqından nümunə götürün, digər xalqların haqlarını tanıyın, hamının dostu olun. Beynəlxalq təşkilatların funksiyasını öz mənafeyinizə uyğunlaşdırmaqla, onları əlinizdə alətə çevirməklə, həmin təşkilatları da nüfuzdan salırsınız. Sizin İran xalqına təsir etmək gücünüz və imkanınız yoxdur. Son vaxtlar baş verənlər bunu bir daha göstərdi. Artıq bəzi böyük dövlətlər səhvini anlayıb, İran xalqı ilə birgə olmaq məcburiyyətində qalıb. Bizim nüvə texnologiyasına nail olmaqda məqsədimiz xalqımızın rifahını, yaşayışını daha da yaxşılaşdırmaqdır. İranın addımlarında beynəlxalq prinsiplərə zidd heç nə yoxdur. Biz hesab edirik ki, bütün xalqlar sülh məqsədli nüvə texnologiyasına nail olmalı, MAQATE çərçivəsində nüvə texnologiyası əldə etməlidir. Nüvə texnologiyası yaxşı şeydirsə, hamının olmalıdır. İran bu sahədə qazandığı təcrübəni digər xalqlarla bölüşməyə, onlara öyrətməyə hazırdır. Yaxşı olar ki, bu işə mane olmaq istəyən güclər bizim tövsiyələrimizə qulaq asıb, qanunlara, digər xalqların hüquqlarına hörmət etsinlər. Qulaq asmasalar, daha də zərər görəcək, heç nəyə nail olmayacaq, dostluqdan, əmin-amanlıqdan uzaqlaşacaqlar. Lakin biz əminik ki, onlar da səhvlərini başa düşəcəklər”.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR