Bank Of Baku

Əbülfəz Elçibəyin vəfatından 7 il ötür

Əbülfəz Elçibəyin vəfatından 7 il ötür
# 22 avqust 2007 09:26 (UTC +04:00)
Tədbirdə Əbülfəz Elçibəyin yaxınları, ailə üzvləri, ictimai təşkilatların və siyasi partiyaların rəhbərləri iştirak ediblər. Dövlət himninin oxunması ilə başlayan mərasimdə Əbülfəz Elçibəyin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən, bu yolda üzləşdiyi çətinliklərdən söz açıblar. Yaxınlarının dediyinə görə, anım mərasimi Əbülfəz Elçibəyin evində davam etdiriləcək.
Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonun Kələki kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri olub və onun ilk sədri seçilib.
Elçibəy 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1993-cü ildə hakimiyyətdən gedib. 2000-ci il avqustun 22-də vəfat edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR