Bank Of Baku

İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib

İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib
# 22 avqust 2007 09:45 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiya İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Azərbaycana ilk rəsmi səfərinə etiraz etmək və İranda yaşayan azərbaycanlıların milli haqlarının qorunmasını tələb etmək olub. İran səfirliyinin binası aksiya başlamazdan öncə Çevik Polis Alayının və Səbayel Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən mühasirəyə alınıb. Müxtəlif istiqamətlərdən səfirlik binası önünə irəliləmək istəyən aksiya iştirakçılarının qarşısı metronun “Bakı Soveti” stansiyası, Bakı Şəhər İcra Hakimiyyəti və “Sabir bağı” istiqamətində alınıb. Təxminən 10 nəfər polis tərəfindən saxlanılıb və Səbayel RPİ-nin 9-cu polis bölməsinə aparılıb. Onların arasında AMİP sədrinin müavini Əli Orucov və tanınmış iranlı mühacir Əjdər Tağızadə də var. Lakin Səbayel RPİ-nin rəis müavini Kamal Vəlişov aksiya iştirakçılarından heç kimin saxlanılmadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR