Bank Of Baku

118 saylı Ağdam şəhər Seçki Dairəsinin yeni binasının açılış mərasimi keçirilib

118 saylı Ağdam şəhər Seçki Dairəsinin yeni binasının açılış mərasimi keçirilib
# 22 avqust 2007 11:51 (UTC +04:00)
118 saylı Ağdam şəhər Seçki Dairəsi üçün inşa olunmuş yeni binanın açılış mərasimi keçirilib. Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının bir neçə üzü də iştirak edib. Bina yüksək standartlara cavab verə biləcək şəkildə tikilib, ən müasir avadanlıq və mebellərlə təchiz edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev APA-nın Qarabağ bürosuna bildirib ki, yaxın gələcəkdə 119 saylı Ağdam kənd Seçki Dairəsinin də yeni binası istifadəyə veriləcək. 118 saylı DSK-nın üzvləri bildiriblər ki, ötən seçkilərdə komissiyanın yerləşdiyi sahə o qədər də əlverişli olmadığından, seçki ərəfəsində müəyyən çətinliklərlə üzləşirdilər. Amma yeni bina növbəti seçkilər ərəfəsində analoji problemlərin yaranmamasına imkan verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR