Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda yoxlayıcı dərin şurfların vurulmasına hazırlıq görülür

Qubadakı kütləvi məzarlıqda yoxlayıcı dərin şurfların vurulmasına hazırlıq görülür
# 22 avqust 2007 12:22 (UTC +04:00)
“Yerli camaatın bildirdiyinə görə, adamları öldürüb arxlara töküblər. İndi biz həm qərb, həm də şərq istiqamətində qazıntı sahəsindən başqa 2-3 yerdə şurf vurmağa hazırlaşırıq. Yoxlama məqsədi daşıyan və 2 metr eninə, 2 metr uzununa vurulan bu şurfların üçü qərb, üçü də şərq tərəfdə olacaq. Yoxlayaq görək, yerli camaatın dediyi nə qədər həqiqətə uyğundur”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, ekspedisiya hazırda qərb istiqamətində qazıntılar aparır. Arxeoloji qazıntılar zamanı aşkar edilən kəllələrin sayı artıq 132-yə çatıb. Tapılan kəllələrin sayının getdikcə çoxaldığını bildirən ekspedisiya rəhbərinin sözlərinə görə, maddi-mədəniyyət nümunələri aşkar olunana kimi qazıntılar davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR