Bank Of Baku

Eldar Namazov: “Bir neçə partiya rəhbərinin iştirakı ilə keçirilən toplantılar məsləhətləşmə xarakteri daşıyır”

Eldar Namazov: “Bir neçə partiya rəhbərinin iştirakı ilə keçirilən toplantılar məsləhətləşmə xarakteri daşıyır”
# 22 avqust 2007 14:16 (UTC +04:00)
“ADP, Müsavat, AMİP, Tərəqqi, Sosial-Demokrat partiyalarının və “Azərbaycan Naminə” İctimai Forumun rəhbərlərinin iştirakı ilə keçirilən toplantılar məsləhətləşmə xarakteri daşıyır. Əgər qurumlar müxtəlif problemlərlə bağlı eyni mövqe nümayiş etdirsələr, növbəti mərhələlərdə əməkdaşlıq məsələsi gündəmə gələ bilər”. ANİF prezidenti Eldar Namazov APA-ya açıqlamasında bildirib ki, müzakirələr mövqelərin uzlaşması məqsədilə keçirilsə də, məsləhətləşmələr əməkdaşlığın bünövrəsini qoya bilər. Prezident seçkiləri ərəfəsi bütün siyasi proseslərin əməkdaşlığa yönəldiyini qeyd edən E. Namazov burada siyasi birlik məsələsinin istisna edilmədiyini də qeyd edib. Müzakirələrin bundan sonra neçə mərhələdə aparılacağının müəyyənləşdirilmədiyini söyləyən E. Namazov bu partiyaların iştirakı ilə daha bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulduğunu vurğulayıb: “Məqsəd ilkin mərhələdə partiyalar arasında baxışların müəyyənləşdirilməsidir. Hesab edirəm ki, hər şey yaxşı davam etsə, növbəti mərhələyə start vermək olar və əməkdaşlığın konturları burada müəyyənləşər”. O, digər partiyalarla heç bir problemlərinin olmadığını diqqətə çatdırıb: “Müzakirələrin formatı müəyyənləşib. Bunu digər partiyalarla münasibətimizin yaxşı olmaması kimi yozmaq düzgün deyil”. E. Namazov bu formatda növbəti görüşün sentyabrın 12-də ADP qərargahında keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR