Bank Of Baku

Oqtay Əsədov Bundestaqının nümayəndə heyəti ilə görüşüb

Oqtay Əsədov Bundestaqının nümayəndə heyəti ilə görüşüb
# 22 avqust 2007 14:22 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın beynəlxalq və regional təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirib: “Azərbaycan regionda həyata keçirdiyi qlobal, enerji və nəqliyyat layihələri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”. MM-in sədri Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq Ermənistanın qeyri-konstruktiv mövqeyinə dair konkret faktları da sadalayıb. Bundestaqın xarici siyasət və müdafiə komissiyalarının üzvü Andreas Şokenhof isə Almaniyanın Azərbaycanın yürütdüyü siyasəti bəyəndiyini və dəstəklədiyini deyib: “Dağlıq Qarabağ problemi ilə bağlı Almaniya Azərbaycanın haqlı mövqeyini müdafiə edir”. Qonaqlar MM-in iclas salonunu və deputatlar üçün yaradılan şəraiti bəyəniblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR