Bank Of Baku

İran səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlardan ikisi barədə həbs qərarı verilib

İran səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlardan ikisi barədə həbs qərarı verilib
# 22 avqust 2007 15:36 (UTC +04:00)
GAMOH üzvü Əlirza Əmanbəylinin APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi saxlanılanlardan 3 nəfəri DAK üzvləri Əjdər Tağızadə, Anar Əliyev və GAMOH üzvü Əlirza Əmanbəyli barədə 22 manat məbləğində cərimə tətbiq olunması haqda qərar verib. Digər 2 nəfər DAK üzvləri Rəşad Quliyev və Səttar Rəhimli barəsində 5 sutka həbs qətimkan tədbiri seçilib və onlar Bakı şəhər Baş Polis İdarəsinin Qara şəhərdəki İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər.
Qeyd edək ki, aksiyanı keçirməkdə məqsəd İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın səfəri ilə bağlı İranda yaşayan azərbaycanlıların milli haqlarının qorunmasını tələb etmək olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR