Bank Of Baku

Arif Məmmədov: “Avropa Şurasının mədəniyyət abidələrinin monitorinqi üzrə missiyasının səfəri ilə bağlı razılaşdırılmamış məsələlər var”

Arif Məmmədov: “Avropa Şurasının mədəniyyət abidələrinin monitorinqi üzrə missiyasının səfəri ilə bağlı razılaşdırılmamış məsələlər var”
# 22 avqust 2007 16:21 (UTC +04:00)
Bu sözləri APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov deyib. O bildirib ki, razılaşdırılmamış məsələlərdən birincisi Dağlıq Qarabağa səfərin marşrutunun müəyyən olunmasıdır. İkinci məsələ isə səfər programına təkcə Dağlıq Qarabağın yox, Ermənistan tərəfindən işğal olunmuş digər Azərbaycan ərazilərini ziyarətin də salınmasından ibarətdir: “Bu məsələlərin hamısı Azərbaycan Xarici İşlər Nazirliyi və başqa müvafiq qurumlarla müzakirə olunur”. A. Məmmədov onu da deyib ki, missiyanın Ermənistana səfəri yalnız İrəvanla məhdudlaşmamalıdır: “Bizdə olan məlumatlara görə, Ermənistanın bəzi rayonlarındakı Azərbaycan mədəni-tarixi abidələri dağıdılıb. Missiya bu məsələni də araşdırmalıdır”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR