Bank Of Baku

Per Stankina: “Azərbaycanın Almaniya üçün əhəmiyyəti artmaqdadır”

Per Stankina: “Azərbaycanın Almaniya üçün əhəmiyyəti artmaqdadır”
# 23 avqust 2007 09:32 (UTC +04:00)
“Biz bu gün Xanlar rayonunun İcra Hakimiyyəti başçısı və millət vəkili ilə birlikdə turizmin inkişaf yolları barədə müzakirələr apardıq. Təbii ki, burada böyük potensial var. Bu potensialın bir hissəsi də alman irsidir”. APA-nın Qərb bürosunun məlumatına görə, bu sözləri Xanlar rayonunda jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Per Stankina deyib. O, sentyabr ayında turizmin inkişafı ilə bağlı müzakirə təşkil edəcəklərini, investorların tapılması və digər məsələləri araşdıracaqlarını bildirib. Səfir Azərbaycanda digər sahələri də öyrəndiklərini söyləyib: “Biz hazırda bu maraqların öyrənilməsi ilə məşğuluq. Təbii ki, Azərbaycanın Almaniya üçün əhəmiyyəti artmaqdadır. Biznes mühiti inkişaf etdikcə, daha çox investorlar cəlb olunur. Bu, mənim işimdir”. P. Stankina Xanlar rayonunun Almaniya şəhərlərindən biri ilə qardaşlaşması məsələsinə də toxunub: “İki həftə sonra mən Almaniyaya gedəcəyəm. Xanlar rayonunun Almaniyanın hər hansı şəhəri ilə qardaşlaşması məsələsi mənim müzakirə edəcəyim mövzulardan biri olacaq. Vaxtilə Xanlara gəlmiş almanların yaşadığı şəhərlə danışıqlar aparacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR