Bank Of Baku

Əli Həsənov: “Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı Venesiya Komissiyası ilə danışıqlar sentyabrda davam etdiriləcək”

Əli Həsənov: “Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı Venesiya Komissiyası ilə danışıqlar sentyabrda davam etdiriləcək”
# 23 avqust 2007 09:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, seçkilərə start verilməsinə xeyli vaxt qaldığı üçün bu məsələdə tələskənliyə ehtiyac yoxdur. Ə. Həsənov Azərbaycanın hazırkı Seçki Məcəlləsinin də mükəmməl olduğunu, demokratik prinsiplərə cavab verdiyini deyib. Prezident Aparatının rəsmisi məcəllənin Avropa Şurasının ekspertləri ilə hazırlandığını xatırladıb. Onun fikrincə, zaman və şərait dəyişdikcə Seçki Məcəlləsinə müəyyən dəyişikliklərin olması istisna deyil.
Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifinin əvvəllər də səsləndirildiyini deyən Ə. Həsənov bu təklifin indiki şəraitdə real görünmədiyini qeyd edib.
Şöbə müdiri əfv verilməsi ilə bağlı araşdırmaların davam etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR