Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfiri Şəmkir və Xanlar rayonlarına səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Şəmkir və Xanlar rayonlarına səfər edib
# 23 avqust 2007 09:44 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, günün birinci yarısında səfir Şəmkirə gələrək burada Azərbaycan-Almaniya-Gürcüstan arxeoloji ekspedisiyasının Qaracəmilli kəndi yaxınlığında birgə apardığı arxeoloji qazıntı işləri ilə tanış olub. Sonra P. Stankina Xanlara yollanıb və rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb. Diplomat Xanlar rayonunda Almaniya Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə təmir olunan alman Lüteran kilsəsinə baş çəkərək burada aparılan təmir işləri ilə maraqlanıb. O, aparılan təmir işlərinə görə minnətdarlığını bildirib: “Bu işlərin maliyyə tərəfini Almaniya hökuməti öz üzərinə götürüb. Bu, Almaniya ilə Azərbaycan arasındakı isti münasibətlərin nümunələrindən biridir. Biz dekabrda bu kilsənin açılışında iştirak edəcəyik”. P. Stankina Xanlar rayonunda yaşayan almanlar tərəfindən tikilmiş və hazırda tarixi abidə kimi qorunan evlərə və almanlar tərəfindən inşa olunmuş Xanlar Şampan Şərabı Müəssisəsinə də baş çəkib.
Qeyd edək ki, Per Stankina bu gün Naftalanda olacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR