Bank Of Baku

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının Bakı toplantısı keçirilib

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının Bakı toplantısı keçirilib
# 23 avqust 2007 10:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Salih Kılıc qurumun tarixi haqda məlumat verib və bilidirb ki, 1952-ci ildən yaradılan konfedrasiya dünyanın 54 ölkəsində 87 nümayəndəliklə təmsil olunur. Konfederasiya bu ölkələrdə 85 milyon işçini təmsil edir. Azərbaycanla sıx əlaqələrinin olduğunu diqqətə çatdıran S. Kılıc türk dilli ölkələrlə münasibətlərin qurulmasına maraqlı olmasını deyib: “Ermənistanın Azərbaycan əravzilərini işğal etməsi 1 milyona yaxın insanın iş yerlərini itirməsinə səbəb olub. Türk dövlətləri olaraq, bu istiqamətdə də səylərimizi birləşdirməliyik. Təmsil etdiyimiz təşkilat bu məsələdə Azərbaycanın aidiyyatı qurumları ilə əməkdaşlıq etməyə hazırdır”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyev iki qurum arasında münasibətlərin bundan sonra da inkişafında maraqlı olduğunu söyləyib. O, müstəillik əldə edildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qanunvericiliyinin formalaşdırılmasında Türkiyənin təcrübəsindən bəhrələndiklərini xatırladıb: “Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü var. Özəl sektor inkişafı isə yeni həmkarlar təşkilatlarının yaradılması ilə nəticələnir”. Prezidentin İcra Aparatının ictimai-lsiyasi şöbəsinin müdiri Əli Həsənov iki dövlət arasında bütün sahələrdə inkişafa nail olunduğunu deyib: “Azərbaycanıb həmkarlar təşkilatları və hökuməti transmilli şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının hansı şəkildə qorunması təcrübəsini Türkiyədən öyrənə bilər. SSRİ zamanında həmkarlar təşkilarları formal xarakter daşısa da, bu gün həmin tendensiya aradan qaldırılır. Artıq həmkarlar təşkilatları işçinin hüquqlarını qorumaq və ya bərpa etmək üçün qanun çərçivəsində müxtəlif tədbirlər keçirə bilir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR