Bank Of Baku

85 saylı DSK-nın yeni binasının açılış mərasimi keçirilib

85 saylı DSK-nın yeni binasının açılış mərasimi keçirilib
# 26 sentyabr 2007 15:28 (UTC +04:00)
Bu gün 85 saylı Şamaxı seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılış mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, mərasimdə MSK sədri Məzahir Pənahov, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. DSK sədri yeni bina ilə bağlı məlumat verib və binanın tikilməsində rayon icra hakimiyyətinin yaxından iştirak etdiyini bildirib. MSK sədri Məzahir Pənahov öz çıxışında DSK-ların yeni binalarla təmin olunması ilə bağlı prosesinin başa çatmaq üzrə olduğunu bildirib. O, artıq 50-dən artıq DSK-nın yeni binasının açılış mərasiminin keçirildiyini qeyd edib. M. Pənahov ölkə ərazisindəki 125 DSK-nın hər birinin fəaliyyəti üçün prezidentin göstərişi ilə tələb olunan şəraitin yaradılacağını vurğulayıb. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib və otaqlara baxış keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR