Bank Of Baku

Elmira Süleymanova Sabirabadda ictimai dinləmələr keçirib

Elmira Süleymanova Sabirabadda ictimai dinləmələr keçirib
# 26 sentyabr 2007 16:58 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova Sabirabad rayonunda “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının demokratik hüquqi dövlət quruculuğunda yeri və əhəmiyyəti” mövzusunda ictimai dinləmələr keçirilib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Tədbirə İmişli, Saatlı, Salyan, Neftçala, Əli Bayramlı və Hacıqabul rayonlarının icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, dairə seçki komissiyalarının, icmaların, yerli QHT-lərin, kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb. Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova ictimai dinləmələrin məqsəd və məramı barədə iştirakçılara məlumat verib, Azərbaycanda insan hüquqlarının müdafiəsi və gerçəkləşməsi üzrə keçirilən islahatlar, Ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə danışıb. Tədbirin sonunda Milli Fəaliyyət Planının nüsxələri iştirakçılara paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR