Bank Of Baku

Ombudsman Elmira Süleymanova bir neçə rayonun polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib

Ombudsman Elmira Süleymanova bir neçə rayonun polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib
# 26 sentyabr 2007 17:06 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova Quba, Dəvəçi, Siyəzən, Sabirabad və Əli Bayramlı rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Müvəkkil müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslərlə görüşərək onlarla söhbət aparıb, onların saxlanılma şəraiti, vəkillə təmin olunması, prokuror nəzarəti, göstərilən tibbi xidmətlə tanış olub, hüquqlarını izah edib, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Saxlanılan şəxslər yaradılan şəraitdən, həmçinin saxlanıldıqları müddət ərzində onlara qarşı rəftardan şikayətlərinin olmadığını söyləyiblər. Müvəkkil təcridxanalarda saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi məqsədi ilə polis şöbələrinin və müvəqqəti saxlanma təcridxanalarının rəislərinə müvafiq tapşırıqlar verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR