Bank Of Baku

Elmar Məmmədyarovun Ermənistan və Rusiya xarici işlər nazirləri ilə görüşləri nəzərdə tutulmayıb

Elmar Məmmədyarovun Ermənistan və Rusiya xarici işlər nazirləri ilə görüşləri nəzərdə tutulmayıb
# 27 sentyabr 2007 07:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində görüşlərə başlayıb. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, E. Məmmədyarov Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, Slovakiyanın xarici işlər naziri Yan Kubiş, Rumıniyanın xarici işlər naziri Adrian Çioroianu, İtaliya və Meksika xarici işlər nazirlərinin birinci müavinləri ilə görüşlər keçirib. Əsas diqqət regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərinə yönəlib. Sabah isə Elmar Məmmədyarov GUAM-ABŞ və GUAM-Polşa formatında görüşlərə qatılacaq. Aqşın Mehdiyev əlavə edib ki, E. Məmmədyarovun Ermənistan və Rusiya xarici işləri nazirləri ilə görüşləri nəzərdə tutulmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR