Canni Bukikkio: “Azərbaycan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri bu ilin sonuna kimi, ən uzağı isə gələn ilin əvvəlində qəbul etməlidir”
- Venesiya Komissiyası ilə əməkdaşlıq dövründə bu qurumun tövsiyəsi əsasında Azərbaycan qanunvericiliyinə hansı dəyişikliklər edilib?
- Bizim Azərbaycanla əməkdaşlığımız 1996-cı ildən başlayıb və bu ölkə ilə bağlı ilk fəaliyyətlərimizdən biri 1998-ci ildə Azərbaycanda Konstitusiya Məhkəməsinin yaradılması oldu. Biz o vaxt bu məhkəmənin yaradılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən hazırlanmış qanun layihəsinə öz rəyimizi vermişdik. Daha sonra bizə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə bağlı rəy vermək üçün müraciət olunmuşdu. 2001-ci ildə Azərbaycanda Ombudsman institutunun yaradılmasında da bizim əməyimiz olub. Bilirsiniz ki, Ombudsman ölkədə insan haqlarının qorunmasında çox əhəmiyyətli rolu olan bir orqandır. Bundan başqa, Konstitusiya Məhkəməsinin fərdi qaydada şikayətləri qəbul etməsi üçün müəyyən işlər görüldü, bununla da bir növ Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin artırılmasına xidmət etmiş olduq. Əməkdaşlıq çərçivəsində insan haqları və fundamental azadlıqlara, hökumət-parlament münasibətlərinə, siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunlara öz rəylərimizi vermişik. Nəhayət, 2000-ci ildən biz Azərbaycan tərəfin xahişi əsasında ölkənin yeni Seçki Məcəlləsinin ilkin variantı üzərində işlər aparmağa başladıq. 2005-ci ildən isə biz bu sənədi Avropa standartlarına uyğunlaşdırmaq üçün yenidən baxışdan keçirməkdəyik.
Sənəd üzərində işlər davam edir. Bu yaxınlarda isə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsini də yenidən baxışdan keçirməyə başlamışıq. Bu iki qanun 2008-ci il prezident seçkiləri öncəsi fundamental önəm daşıyır. Mən bu seçkilərin həqiqətən də bütün beynəlxalq normalara uyğun olmasını və beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını ürəkdən arzulayıram. Bu cür seçkilər keçirmək üçün ortada iki vacib element olmalıdır. Bunun üçün öncə möhkəm qanunverici baza yaradılmalı, ikincisi isə qanunların həyata keçməsi üçün siyasi iradə nümayiş etdirilməlidir. Mən dəfələrlə demişəm, yaxşı qanunlarla pis seçkilər keçirmək, yaxud əksinə, yaxşı olmayan qanunla çox yaxşı seçkilər keçirmək mümkündür. Ona görə də arzulayıram ki, hakimiyyətin siyasi iradəsi və seçicilərin siyasi mədəniyyəti birlik təşkil edərək, 2008-ci ildə elə seçkilər keçirilsin ki, bu seçkilər həm region, həm də Avropa üçün modelə çevrilsin. Bu, ilk növbədə həm ölkənin, həm də bütün Azərbaycan vətəndaşlarının marağında olmalıdır.
- Siz hüquqşünas olsanız da, nədənsə “siyasi iradə” amilinin vacibliyini xüsusi olaraq vurğulayırsınız...
- Mən optimist insanam və bu seçkilərin yaxşı keçəcəyinə ümid etməyə bilmirəm. Azərbaycanın normal seçkilər keçirməyə qadir olmadığını təsəvvür etmək mümkün deyil. Vaxt gələcək, Azərbaycan da digər Avropa ölkələri kimi heç bir problem yaratmayan, vətəndaş və seçicilərin iradələrinə tam hörmətlə yanaşılan seçkilər keçirəcək. Bunun məhz 2008-ci ildə baş verəcəyinə çox ümid edirəm. Düzdür, Azərbaycan bu mənada bir az gecikir və ölkə müstəqilliyini bərqərar etdikdən və Avropa Şurasına üzv olduqdan sonra Avropa Şurası və AŞPA bu ölkədə keçirilən seçkiləri dəfələrlə tənqid edib. Artıq seçkilərin şəffaf keçirilməsi üçün siyasi iradə ortaya qoymağın vaxtı çatıb. Hökumət ilk növbədə seçkilərdə baş verən saxtakarlıq faktlarını aradan qaldırmaq üçün iradə, seçicilər isə öz növbəsində siyasi mədəniyyət nümayiş etdirməlidirlər. Çünki seçkilər zamanı baş verən pozuntular yalnız məntəqələrdə oturan şəxslər tərəfindən deyil, seçicilər tərəfindən də baş verir. Ortada mütləq bu iki komponent olmalıdır. Düzgün seçkilərin keçirilməsi bir növ milli qürura çevrilməlidir. Siz bütün Avropaya neçə yaxşı seçkilər keçirə bildiyinizi qürurla nümayiş etdirməlisiniz.
- Venesiya Komissiyası Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanundan başqa daha hansı qanunlarla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq niyyətindədir?
- İndiki mərhələdə bu iki qanun çox vacibdir. Xüsusən də, seçkilərdən əvvəl həm seçki qanunvericiliyi, həm də seçkilər öncəsi kampaniya aparmaq üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun olduqca mükəmməl olmalıdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun 1999-cu ildə qəbul olunub, sadəcə, Azərbaycan hökuməti bu qanunu təkmilləşdirmək qərarına gəlib. Burada hökumətin siyasi iradə nümayiş etdirdiyi qeyd etmək lazımdır. Bu istiqamətdə artıq müəyyən işlər görülüb. Bir neçə gün əvvəl biz baxışdan keçirmək üçün Azərbaycan tərəfdən yeni qanun layihəsini aldıq. İyunda keçdiyimiz görüşlər zamanı bizim təqdim etdiyimiz tövsiyələrin yeni mətndə öz əksini tapacağına və ilin sonuna kimi parlamentə təqdim olunacağına ümid edirik. Daha hansı qanunlarla bağlı işlər görəcəyimizə gəldikdə, biz hər zaman bütün ölkələr, o cümlədən Azərbaycanla işləməyə hazırıq. Hər hansı qanunda dəyişiklik edilib-edilməməsinin vacibliyinə dair biz qərar və təkliflər vermirik. Azərbaycan hökuməti hər hansı təklif irəli sürərsə, o zaman biz səlahiyyətlərimiz çərçivəsində əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, nə vaxtsa Konstitusiyaya da dəyişikliklər edilməsi haqqında düşünmək olar.
- Konstitusiyada konkret hansı maddələrin dəyişdirilməsinə zərurət yarana bilər?
- Məncə, qanunvericilik sahəsində parlamentin rolunu daha da artırmaq məqsədəuyğun olardı. Bundan başqa, hakimiyyətin hər üç qolu arasında balans yaratmaq, tarazlığı bərpa etmək yaxşı olardı. Məhkəmə sisteminə gəldikdə, tək Azərbaycanda deyil, bütün Avropa ölkələrində gördüyümüz işlər zamani müşahidələrimizdən məlum olur ki, məhkəmə hakimiyyətlərinin tam və həqiqi müstəqilliyini təmin etmək olduqca vacibdir. Bir çox ölkələr var ki, burada məhkəmələrə tam müstəqillik verilməyib və biz məhkəmələrin müstəqilliyini artırmaq üçün bütün səylərimizi səfərbər edəcəyik.
- Azərbaycanın Venesiya Komissiyası qarşısında hansısa öhdəliyi varmı?
- Yox, heç bir ölkə Venesiya Komissiyası qarşısında üzərinə öhdəlik götürmür. Biz monitorinq aparmaq səlahiyyətinə malik orqan deyilik, məsləhətləşmələr aparan bir orqanıq. Monitorinq, müşahidə aparmaq Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsi kimi orqanlarının səlahiyyətindədir. Bizim işimiz ondan ibarətdir ki, hər hansı ölkə öz istəyi əsasında bizə xahişlə müraciət edərsə, biz bu ölkədəki qanunvericilik sistemini daha da yaxşılaşdırmaq məqsədilə öz tövsiyə və məsləhətlərimizi veririk. Bu xahişlə bizə Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası Nazirlər Komitəsi də müraciət edə bilər. Azərbaycan bu qurumlar qarşısında öhdəlik götürüb. Bu qurumlar götürülən öhdəliklərə nə dərəcədə hörmətlə yanaşılmasını yoxlayan zaman ölkədə hər hansı bir qanunun lazımi standartlara uyğun olub-olmadığını araşdırmaq məqsədilə bizə müraciət edə bilər.
- Yəni, Venesiya Komissiyası qeyd olunan qurumlar vasitəsilə dolayı yolla olsa belə, təsir mexanizminə malikdir?
- Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürüb, qurumun Parlament Assambleyası bu öhdəliklərdən irəli gələn hansısa qanunun qəbulunun zəruriliyini bizdən soruşa bilər. Biz də öz növbəmizdə qanunu nəzərdən keçirdikdən sonra AŞPA-ya həmin sənədin beynəlxalq standartlara uyğun olub-olmadığı barədə rəy bildiririk. Əgər qanun bu standartlara uyğun deyilsə, o zaman AŞPA müəyyən ölçülər götürə bilər.
- Venesiya Komissiyası ilə Azərbaycan arasında noyabrda keçiriləcək məsləhətləşmələrdən hansı nəticələri gözləyirsiniz? Aparılan danışıqlar Sizi qane edirmi?
- Prezident seçkilərinə kimi mütləq nəticə əldə etmək lazımdır, hətta bu nəticələr seçkilərə 6 ay qalmış əldə edilsə, daha yaxşı olar. Hesab edirəm ki, ilin sonuna kimi, ən uzağı isə gələn ilin əvvəlində Seçki Məcəlləsinə dəyişikliklər parlament tərəfindən qəbul edilməlidir. Bu, təkcə seçki qanunvericiliyinə deyil, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna da aiddir. Bu iki qanun əkiz qardaş kimi bir-birini tamamlayır. Bu qanunlar bir yerdə yaxşı seçkilərin keçirilməsinə şərait yarada bilər. Hal-hazırda bu məsələlərin həlli üçün qarşımıza qoyduğumuz müddət bizi qane edir. Noyabrın 7-9-da Bakıda iki dəyirmi masa keçiriləcək. Bunlardan biri Mərkəzi Seçki Komissiyası və digər seçki komissiyalarının tərkibi, digəri isə seçkilərin nəticələrindən irəli gələn mübahisələrin həlli ilə bağlıdır. Bakıda keçiriləcək bu görüşlərdə ölkənin bütün maraqlı siyasi qüvvələri iştirak edəcəklər. Biz işimizi noyabrın sonuna kimi yekunlaşdıracağıq ki, parlament dekabrda yeni layihəni nəzərdən keçirə bilsin. İkinci sualınıza gəldikdə, deyə bilərəm ki, aparılan danışıqlar bizi qane edir. Hələlik həllini tapmayan iki məsələ var seçki komissiyalarının tərkibinin formalaşdırılması və seçkilərin nəticələrindən irəli gələn mübahisəli məsələlərin həlli. Qalan məsələlərlə bağlı artıq dəyişikliklər edilib və bu dəyişikliklər qaneedicidir. Seçki komissiyaları ilə bağlı məsələdə siyasi aspektlər də mövcuddur. Burada elə həll yolu tapmaq lazımdır ki, bütün siyasi qüvvələr tərəfindən, xüsusilə də seçicilər tərəfindən qəbul edilsin. Seçki mübahisələrinin həlli də çox vacibdir. Bu mübahisələr tez və aydın şəkildə həllini tapmalıdır. Məsələn, seçkilərdən sonra namizəd və ya seçici seçki komissiyalarına şikayət edərsə, bu şikayətlərə tez bir zamanda baxılması vacibdir.
- Prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar Azərbaycanla Venesiya Komissiyası arasında məsləhətləşmələrin intensivləşməsini gözləmək olarmı?
- Əməkdaşlıq etdiyimiz illər ərzində azərbaycanlı həmkarlarımızla çox yaxşı münasibətdəyik. Əgər yenə də təkliflər olarsa, biz işimiz davam etdirməyə hazırıq. Bakıda iki dəyirmi masanın təşkil edilməsi elə məsləhətləşmələrin intensivləşməsindən xəbər verir. Tarixi dəqiq deyə bilməsəm də, noyabrda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla əlaqədar kiçik bir görüş də təşkil ediləcək. Bu görüşdən sonra dekabrın 15-də Venesiya Komissiyasının bu qanunla bağlı xüsusi rəy qəbul olunacağı gözlənilir. Daha sonra parlament bu qanunu qəbul etməlidir.
- Venesiya Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcəkmi?
- Venesiya Komissiyası seçkiləri müşahidə etmir, bu, başqa qurumların səlahiyyətinə aid olan məsələdir. Bununla belə, Mərkəzi Seçki Komissiyasına yardımlarımızı təklif edə bilərik. Məsələn, seçkilər öncəsi və sonrası MSK-ya öz ekspertlərimizi göndərə bilərik. Biz bu kimi praktikanı artıq bir neçə ölkədə həyata keçirmişik.
- Azərbaycana nə vaxt səfər etməyi planlaşdırırsınız?
- Bu səfər nə qədər tez olsa, bir o qədər yaxşı olar. Mən bu ölkəni çox sevirəm. Əslində noyabr ayında Bakıda Konstitusiya Məhkəməsi ilə bağlı konfrans keçiriləcəkdi və mən də o konfransda iştirak etməli idim. Çox təəssüf ki, bu konfransın tarixi dəyişdirildi və gələn ilə keçirildi. Gələn il Azərbaycan Konstitusiya Məhkəməsinin 10 illiyidir və bu səbəbdən Azərbaycana yalnız gələn il gələ biləcəyəm. Hər halda regiona səfər edəcəyəm, gələn həftə isə Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi bir konfransda iştirak etmək uçun bu ölkədə olacağam. Noyabrın əvvəllərində Gürcüstana səfər edəcəyəm, yenə də Konstitusiya Məhkəməsi ilə bağlı təşkil olunan konfransda iştirak edəcəyəm. /APA/

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ