Bank Of Baku

Hindistanlı nazir Mani Şankar Ayyar: “İki yüz əvvəl mövcud olmuş münasibətlərimizi bərpa etməliyik”

Hindistanlı nazir Mani Şankar Ayyar: “İki yüz əvvəl mövcud olmuş münasibətlərimizi bərpa etməliyik”
# 27 sentyabr 2007 11:05 (UTC +04:00)
“İki yüz il əvvəl Hindistanla Azərbaycan arasında sıx münasibətlər olub. Bu, o dövr idi ki, Hindistan britaniyalılar, Azərbaycan isə ruslar tərəfindən idarə olunurdu. Hazırda biz britaniyalılardan qurtulmuşuq, azərbaycanlılar isə ruslardan. Ona görə də vaxtilə mövcud olmuş əlaqələrimizi bərpa etməliyik”. Bu sözləri APA-ya açıqlamasında Bakıda səfərdə olan Hindistanın yerli özünüidarə, gənclər, idman və şimal-şərq regionu naziri Mani Şankar Ayyar deyib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşdə gənclər arasında səfər mübadiləsi haqda razılığa gəldiklərini bildirən nazir həmkarının yaxın vaxtlarda Hindistana səfər edəcəyini açıqlayıb. Nazirlər idman sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər və bu işi mütəxəssislərə tapşırmağı qərara alıblar: “Biz istəyirik ki, Hindistanda keçirilən yarışlarda Azərbaycan idmançıları, sizdə keçirilən yarışlarda isə Hindistan idmançıları iştirak etsinlər”. Qonaq Azərbaycan prezidentinin eyni zamanda Milli Olimpiya Komitəsinə rəhbərlik etməsini çox gözəl fakt adlandırıb və Azərbaycanın idman sahəsindəki uğurlarını bununla əlaqələndirib: “Azərbaycanın əhalisi Hindistan paytaxtının əhalisinin yarısı qədərdir, amma Azərbaycanın Olimpiyada və beynəlxalq yarışlarda qazandığı medallar Hindistanın medallarından 4 dəfə çoxdur. Hindistan Azərbaycandan çox şey öyrənə bilər. Hesab edirəm ki, mənim səfərim bu əməkdaşlığa qapı açacaq”. M. Ş. Ayyar Şamaxıya səfər etdiyini, orada Olimpiya kompleksi ilə tanış olduğunu, Hindistanda da bu cür idman komplekslərinə böyük ehtiyac duyulduğunu söyləyib. O, gələn il yanvarın 12-də Hindistanda Milli Gənclər Festivalı keçiriləcəyini və azərbaycanlı həmkarını da bu tədbir dəvət etdiyini deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR