Bank Of Baku

Ərdoğan və Saakaşvili Türkiyə, Gürcüstan və Azərbaycandan ibarət üçtərəfli əməkdaşlıq şəbəkəsinin yaranacağını bildiriblər

Ərdoğan və Saakaşvili Türkiyə, Gürcüstan və Azərbaycandan ibarət üçtərəfli əməkdaşlıq şəbəkəsinin yaranacağını bildiriblər
# 27 sentyabr 2007 11:37 (UTC +04:00)
BMT Baş Assambleyasının 62-ci sessiyasında iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Gürcüstan prezidenti Mixail Saakaşvili arasında görüş keçirilib. APA-nın Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, yarım saatlıq görüşdə ikitərəfli münasibətlər və bölgədəki durum müzakirə edilib. R. T. Ərdoğan və M. Saakaşvili Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars, Batumi hava limanının tikintisi və bir çox digər layihələrdə iki ölkənin uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Onlar Türkiyə, Gürcüstan və Azərbaycandan ibarət çox önəmli üçtərəfli əməkdaşlıq şəbəkəsinin yarana biləcəyini və bunun çox gözəl nəticələr verəcəyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR