Bank Of Baku

Sabunçu rayonunda 26, 27 və 28 saylı DSK-ların yeni binalarının açılışı olub

Sabunçu rayonunda 26, 27 və 28 saylı DSK-ların yeni binalarının açılışı olub
# 27 sentyabr 2007 12:54 (UTC +04:00)
Bu gün 26 saylı I Sabunçu, 27 saylı II Sabunçu və 28 saylı III Sabunçu seçki dairələrinin Dairə Seçki Komissiyalarının (DSK) yeni binalarının açılış mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə MSK sədri Məzahir Pənahov və rayon icra hakimiyyətinin rəhbərliyi iştirak edib. MSK sədri öz çıxışında DSK-ların yeni binalarla təmin olunmasının mühüm hadisə olduğunu deyib. O, MSK-nın ötən ilin sonunda DSK-larda monitorinqlər apardığını və onların iş şəraitinin, binalarının bərbad vəziyyətdə olduğunu aşkarladığını qeyd edib. Hər üç DSK-nın yeni binalarının qırmızı lentləri kəsildikdən sonra binaya baxış keçirilib.
Qeyd edək ki, 26 saylı DSK Bakıxanov qəsəbəsində, 27 saylı DSK Sabunçu qəsəbəsində, 28 saylı DSK isə Maştağa qəsəbəsində yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR