Bank Of Baku

10 oktyabr tarixi Avropada “Ölüm cəzasına qarşı Avropa Günü” kimi qeyd olunacaq

10 oktyabr tarixi Avropada “Ölüm cəzasına qarşı Avropa Günü” kimi qeyd olunacaq
# 27 sentyabr 2007 13:09 (UTC +04:00)
Avropa Şurasının Nazirlər Komitəsi 10 oktyabr tarixinin “Ölüm cəzasına qarşı Avropa Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. APA-nın Avropa bürosunun məlumatına görə, hər il bu tarix “Ölüm cəzasına qarşı Avropa Günü” kimi qeyd olunacaq. Nazirlər Komitəsi bu təşəbbüsə Avropa İttifaqının da qoşulacağına ümidvar olduğunu bəyan edib. Bu qərara münasibət bildirən Avropa Şurasının baş katibi Terri Devis deyib ki, təsis olunmuş gün quruma üzv olan 47 ölkənin vətəndaşları ilə diskussiya aparmaq, bu cəzanın qeyri-insani və alçaldıcı xarakter daşıdığı barədə fikir mübadiləsi yürütmək, onun ləğvinin və nə üçün bərpa oluna bilməyəcəyinin səbəblərini başa salmaq üçün yaxşı imkan olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR