Bank Of Baku

ATƏT Parlament Assambleyasının Daimi Komitəsində Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının Daimi Komitəsində Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunacaq
# 27 sentyabr 2007 13:23 (UTC +04:00)
Sentyabrın 29-dan oktyabrın 1-nə qədər Sloveniyada ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında sessiya çərçivəsində qurumun Daimi Komitəsinin iclasının keçiriləcəyini bildirib. O, Daimi Komitədə Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsinin nəzərdə tutulduğunu deyib. B. Muradova probleminin həlli və ATƏT-in bu məsələdə rolu ilə bağlı dəfələrlə mövqelərini bildirdiklərini xatırladıb və buna görə də məsələnin sessiyada ayrıca müzakirə olunmayacağını vurğulayıb: “Daimi Komitənin iclasında Parlament Assambleyasının prezidenti Qoran Lenmarker Dağlıq Qarabağla bağlı qısa hesabatla çıxış edəcək. Biz isə atəşkəs rejiminin pozulması, işğal altında olan ərazilərin ermənilər tərəfindən yandırılması, tarixi abidələrin dağıdılması haqda məsələ qaldıracağıq”. B. Muradova Azərbaycan nümayəndə heyətinin Q. Lenmarkerlə görüş keçirəcəyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR