Bank Of Baku

Etibar Məmmədov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Etibar Məmmədov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
# 27 sentyabr 2007 13:44 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin insan hüquqları, demokratiya və əmək məsələləri üzrə məsul şəxsi Keyt Lur Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə əsasən İranda insan hüquqları və demokratiyanın mövcud durumu müzakirə olunub. E. Məmmədov İranın böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olduğunu qeyd edərək güneydəki soydaşlarımızın hakimiyyətin təqib və təzyiqlərinə məruz qaldığını deyib. AMİP lideri ABŞ-ın və beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməsini vacib sayıb. ABŞ nümayəndəsi isə təmsil etdiyi hökuməti təkcə İranın nüvə proqramı deyil, eyni zamanda insan hüquqları və demokratiyanın mövcud vəziyyətinin də narahat etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR