Bank Of Baku

Bahar Muradova: “Seçki Məcəlləsi ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınması məqsədəuyğun sayılmayıb”

Bahar Muradova: “Seçki Məcəlləsi ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınması məqsədəuyğun sayılmayıb”
# 27 sentyabr 2007 13:45 (UTC +04:00)
““Təhsil haqqında” qanun layihəsi parlamentin müzakirəsinə çıxarılmaq üçün tam hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilib. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələyə gəldikdə isə B. Muradova hazırda bu istiqamətdə müəyyən təkliflər irəli sürüldüyünü söyləyib. Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası arasında müzakirələrin getdiyini xatırladan parlamentin sədr müavini prosesin başa çatmadığını vurğulayıb: “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Bakıda növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Müəyyən səbəblərə görə görüşün vaxtı noyabr ayına dəyişdirilib. Ortada tərəflərin məcəllə ilə bağlı razılaşdırdıqları təkliflər olmadığından bu məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınması məqsədəuyğun hesab edilməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR