Bank Of Baku

Bahar Muradova: “Danışıqların formatının dəyişdirilməsi problemin həllinə ciddi təsir göstərə bilməz”

Bahar Muradova: “Danışıqların formatının dəyişdirilməsi problemin həllinə ciddi təsir göstərə bilməz”
# 27 sentyabr 2007 13:45 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi bu və ya digər dərəcədə problemin həllinə ciddi təsir göstərmək imkanında deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Hazırkı format daxilində prosesi intensivləşdirməklə müsbət nəticəyə nail olmağı mümkün sayan B. Muradova bildirib ki, əsas məsələ ATƏT rəsmilərinin, xüsusilə həmsədrlərin münaqişənin Azərbaycanın mənafeyinə uyğun prinsiplər əsasında həllini əsas götürməsidir. O, Dağlıq Qarabağ icmasının danışıqlar prosesinə yalnız azərbaycanlılar da daxil olmaqla cəlb edilməsini mümkün sayır: “Ancaq bunun öz vaxtı var. İndiki vəziyyətdə bu, müzakirə predmeti olmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR