Bank Of Baku

“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub

“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub
# 27 sentyabr 2007 15:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə təşkil olunmuş “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusundakı beynəlxalq konfrans öz işini günün ikinci yarısında davam etdirib. APA-nın məlumatına görə, konfransın ikinci hissəsinə Almaniya Bundestaqının üzvü Arnold Vaatz sədrlik edib. Konfransda Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov, Yaponiya parlamentinin deputatı Koki Çuma, Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək, həmçinin İran, Hindistan, Rumıniya, Fransa, Kanada, Misir, Moldova, Vyetnam, Pakistan və Böyük Britaniyadan gəlmiş siyasi partiyaların təmsilçiləri çıxış edib, mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, konfrans iştirakçıları hazırkı mərhələdə bəşəriyyətin üzləşdiyi qarşıdurmaların qorxulu həddə çatdığını dərk edir, bu qarşıdurmaların terrorizm, zorakılıq, separatizm və radikalizmin qida mənbəyi olduğunu bildirirlər. Buna görə sivilizasiyaların dialoqunda siyasi partiyaların rolunu daha da artırmağı məqsədəuyğun sayaraq, konfrans iştirakçılarının təşəbbüsünün siyasi partiyalar arasında əməkdaşlığın yeni formasını yaratmağa təkan verəcəyinə inanaraq dünyanın aktual problemlərinin birgə müzakirə edilməsində və dəyərləndirilməsində siyasi partiyalar arasında münasibətləri və əlaqələri qarşılıqlı faydalı prinsiplər əsasında genişləndirməyi vacib sayırlar. Sənəddə konfrans iştirakçıları mənsub olduqları siyasi partiyaların demokratiyaya, insan haqlarına, sosial ədalətə və tolerant prinsiplərə sadiq olduqlarını təsdiqlədiklərini bildiriblər: “Siyasi partiyalar arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə və bu istiqamətdə fəaliyyətin gücləndirilməsinə tərəfdar olduqlarını, belə formatda əməkdaşlığın sivilizasiyaların dialoquna müsbət töhfə verdiyini bildirir, növbəlilik prinsipi əsasında bu cür konfransların mütəmadi olaraq 2 ildə bir dəfə keçirilməsini məqsədəuyğun hesab edirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR