Bank Of Baku

Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərinə veteran statusu verilə bilər

Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərinə veteran statusu verilə bilər
# 27 sentyabr 2007 15:49 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin Müdafiə və təhlükəsizlik komissiyasının üzvü Zahid Oruc məlumat verib. Z. Orucun sözlərinə görə, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq “Beynəlxalq sülhyaratma əməliyyatlarının iştirakçılarının hüquqlarının qorunması haqqında” qanun layihəsində bu məsələlər də əksini tapacaq: “Bu gün Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edirlər. Beynəlxalq konvensiyalara əsasən, sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərin hüquqları öz ölkəsi daxilində xidmət edənlərinkindən üstün olmalıdır”.
Millət vəkili bildirib ki, qanun layihəsində sülhyaratma qüvvələrinin tərkibində müharibə zonalarında xidmət edən hərbçilərin müəyyən müddətdən sonra rotasiya əsasında əvəzlənməsi, onlara veteran statusunun verilməsi, sosial vəziyyətləri, adaptasiyaları və s. hüquqlar nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR