Bank Of Baku

NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bu gün Bakıya gəlib

NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bu gün Bakıya gəlib
# 27 sentyabr 2007 17:46 (UTC +04:00)
APA-nın məlumatına görə, R. Simmons bildirib ki, Azərbaycana səfərinin iki məqsədi var: “Birincisi, NATO-nun Cənubi Qafqazdakı rabitə üzrə zabiti Zbiqnev Rıbatskini Azərbaycan rəsmilərinə təqdim etməkdir. Qeyd edim ki, nümayəndə bundan sonra Azərbaycana tez-tez səfərlər edəcək. Onun ilk səfəri oktyabrın 15-nə nəzərdə tutulur”. R. Simmons səfərinin ikinci məqsədinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) ilə bağlı olduğunu deyib: “Azərbaycan İPAP-ın ikinci hissəsini qəbul edib. İPAP canlı sənəd olduğundan, zaman keçdikcə təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycan da bu təkmilləşdirməni aparır. Sənədin ikinci hissəsində müdafiə sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti ilə bağlı layihələr nəzərdə tutulur”.
Azərbaycan müdafiə nazirinin mülki şəxs olması ilə bağlı məsələyə münasibət bildirən xüsusi nümayəndə nazirin hərbçi, yaxud mülki şəxs olmasının elə də əhəmiyyət daşımadığını söyləyib: “Əsas odur ki, orduya vətəndaş nəzarəti olsun. Hazırda Azərbaycanda hökumət və parlament bu nəzarəti həyata keçirir. Demək istəyirəm ki, bu sahədə Azərbaycanda tərəqqi vardır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR