Bahar Muradova: “İstənilən halda, prezident seçkisinə indiki Seçki Məcəlləsi ilə gedəcəyik”
- Milli Məclisin payız sessiyasına hazırlıq işləri nə yerdədir?
- Payız sessiyasına hazırlıq yekunlaşmaq üzrədir. Daimi komissiyalar müəyyən müddətdir artıq iclaslarını keçirir. Təkcə komissiyaların iclasında deyil, ümumiyyətlə, ötən müddətdə iş davam edib. Artıq Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunmağa hazırdır, rəhbərlik tərəfində baxılıb, son dəqiqləşdirmələr aparıldıqdan sonra yaxın günlərdə təsdiq olunacaq.
- “Təhsil haqqında” qanun layihəsi ötən sessiyanın gündəliyində var idi, amma nədənsə qəbul edilmədi, bu sessiyanın da gündəliyinə salınıb. Cəmiyyətdə belə fikir var ki, Milli Məclisin bu qanunu qəbul etməyə gücü çatmır...
- Yox, söhbət Milli Məclisinin gücünün çatıb-çatmamasından getmir. Milli Məclisdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən deputatlar, o cümlədən elm, təhsil komissiyasının üzvləri var və onlar kifayət qədər ciddi qanun qəbul etmək imkanındadır. Sadəcə olaraq, “Təhsil haqqında” qanun layihəsinin gecikməsinin bir sıra səbəbləri var. Təhsili idarə edən qurumlar qanun layihəsindəki bir neçə məsələlərə fərqli rakursdan baxırdı. Artıq düşünürəm ki, o fərqli baxışlar aradan qaldırılıb, ortaq məxrəcə gəlinib. Ona görə də qanun layihəsinin payız sessiyasında müzakirəsinə ciddi əngəl ola biləcək səbəb görmürəm.
- Birdən payız sessiyasında da bu qanun qəbul olunmadı?
- Olunmasa, inam yenə davam edəcək.
- Bəs Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı məsələ nə yerdədir? Hazırda sənədin üzərində Venesiya Komissiyası ilə birgə iş getsə də, məsələ payız sessiyasının gündəliyinə salınmayıb.
- Venesiya Komissiyası ilə Azərbaycan tərəfdən işləyən işçi qrupun müzakirələri davam edir. Növbəti görüş Bakıda keçirilməli idi. İndi bu görüşün vaxtı bir qədər uzadılıb. Bu səbəbdən də həmin görüşdə müzakirə ediləcək məsələlərlə bağlı konkret fikir söyləmək mümkün deyil. Buna görə də Seçki Məcəlləsinin müzakirəsi payız sessiyasının gündəliyinə daxil edilməyib. Hər-halda bu qrup Venesiya Komissiyası ilə işləyəcək və onların razılaşdırılmış təkliflər olacaqsa, bizə təqdim edəcəklər. Təkliflər təqdim olunduğu təqdirdə bu məsələnin baxılmasının vacibliyi müzakirə oluna bilər.
- Yəni 2008-ci ilin prezident seçkilərinə mövcud Seçki Məcəlləsi ilə gediləcək?
- İstənilən halda, seçkiyə bu Seçki Məcəlləsi ilə gedəcəyik. Bu Seçki Məcəlləsi kifayət qədər hüquqi baza yaradır və demokratik seçki keçirməyə imkan verir. Lakin Seçki Məcəlləsi də digər qanunlar kimi bu və ya digər dəyişikliklərə məruz qala bilər. Bu da obyektiv amildir. Seçki Məcəlləsinə həmişə texniki məsələləri əhatə edib, seçkinin praktikasını təkmilləşdirməyə xidmət göstərən, bu və ya digər çətinlikləri aradan qaldıran dəyişiklikləri etmişik, bundan sonra da edəcəyik. Amma Məcəlləyə köklü, prinsipial dəyişiklikləri, məncə, yalnız bir qrup insanlar istəyir. Mən bu tələblərin yerinə yetirilməsini məqsədəuyğun hesab etmirəm.
- Niyə?
- Ona görə ki, bu məhdud bir qrupun istəklərini ifadə etməyə yönəlir. Amma düşünürəm ki, hətta bu istəkləri reallaşdırmağa xidmət edən dəyişikliklər baş versə belə, yenə də o məhdud qrup seçkilərdə qələbə qazanmaq qabiliyyətində deyil, onlar yenə də nəsə tapacaqlar. Ona görə də kimlərinsə istək və arzularına görə yox, mövcud ictimai-siyasi reallıqlara uyğun dəyişikliklərə getmək lazımdır. Hesab edirəm ki, mövcud Seçki Məcəlləsi Azərbaycandakı reallıqları, siyasi qüvvələrin balansını kifayət qədər əks etdirir.
- Birdən Azərbaycan hökumətinin bu məsələ ilə bağlı tutduğu mövqe Venesiya Komissiyasını qane etmədi və onlar daha ciddi dəyişiklər tələb etdilər...
- Qarşı tərəflə bizim işimiz tələb və bu tələbin ödənilməsi səviyyəsində qurulmayıb. Venesiya Komissiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verir, Azərbaycan isə müstəqil dövlət olaraq bu tövsiyələrin ölkənin reallığına uyğun gəlib-gəlməməsini araşdırandan sonra qərar qəbul edir. Ona görə də burada hansısa ciddi qarşıdurma olacağı ilə bağlı proqnozla razılaşmıram.
- “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun nə vaxt müzakirəyə çıxarılacağı gözlənilir?
- Bu barədə hələlik ortada konkret fikir yoxdur. Nə vaxt konkret təkliflər ortada olub, müvafiq qurumlar bu təklifləri məqbul hesab etsə, onda bunlara baxıla bilər. Hələlik sənədlə bağlı irəli sürülən təkliflər bizə daxil olmayıb.
- Dəfələrlə “Siyasi partiyalar haqqında” qanunun yenidən qəbul ediləcəyi ilə bağlı fikirlər səslənsə də, konkret işin görüldüyü hiss olunmur.
- Yeni Azərbaycan Partiyası bu qanunun Konstitusiyaya, mövcud siyasi reallıqlara uzlaşdırılması təklifini ortaya qoyanlardan biridir. Biz zaman-zaman bu təklifi irəli sürmüşük, bu təklifimiz yenə də qüvvədə qalır. “Siyasi partiyalar haqqında” qanun kifayət qədər həssas sənəddir. Burada dəyişiklik edilməsi, yaxud da qanunun yenidən işlənməsi ciddi araşdırmaların və dəyərləndirmələrin nəticəsində olmalıdır. Harada məhdudiyyətlər varsa, işimizi onları aradan qaldırmaq istiqamətində qurmalıyıq. Amma bu iş kimlərisə narazı salacaq və ya ictimai-siyasi münasibətlərə əngəl törədəcək səviyyədə olmamalıdır. Ümumiyyətlə, bu qanunla bağlı çox ciddi ölçülüb-biçildikdən sonra addım atılmalıdır. Məncə, qanunun yenidən işlənməsinə ehtiyac var.
- Bu işləri kim görməlidir?
- Bunu parlamentin müvafiq komissiyası da edə bilər, sənəd prezidentin təqdimatı ilə də daxil ola bilər. Yəni qanunvericilik təşəbbüsü subyektləri bunu edə bilərlər. Onu deyim ki, bu məsələ gündəmdədir və bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta ictimai müzakirələrdə belə çox ciddi təkliflər səsləndirilir. Bu təkliflərin hər biri bizim tərəfimizdən nəzərə alınır. Yəqin ki, qanun layihəsi üzərində iş konkretləşəndə bunların hər birini müzakirə etmək mümkün olacaq.
- Siyasi opponentləriniz seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı israrlarından əl çəkmir. Ümumiyyətlə, bu məsələnin onlar istədiyi kimi həll ediləcəyinə ümid var?
- Onlar nə qədər israrla deyirlərsə ki, seçki komissiyaları paritet əsaslarla formalaşdırılmalıdır, biz də o qədər israrla buna ehtiyac olmadığını deyirik. Qüvvələr bərabər olmadığı kimi, cəmiyyətdə potensialına görə bərabər ola bilən iki müxtəlif güc üz-üzə dayanmadığı və Azərbaycan cəmiyyətinin iki yerə bölünməsi ilə bağlı ziddiyyətlər mövcud olmadığı üçün bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Məsələn, biz deyirik ki, bir tərəf konkret olaraq Yeni Azərbaycan Partiyasıdır. Bəs onlar kim olacaq? Hansı kriteriyalar əsasında paritetin iki tərəfi müəyyənləşəcək? Bu sualların hər birinin cavabının qarşısında nöqtələr dayanır. Azərbaycanın taleyinin müəyyənləşməsi anında cəmiyyəti dalana dirəyə biləcək bir addımın atılması kimə sərf edərdi? Biz bunların hər birini götür-qoy etməliyik. Yəni əksəriyyətin qəbul etmədiyi, Azərbaycanı inkişafdan saxlaya biləcək bir addım atmağı lüzumsuz hesab edirəm. Bu, manipulyasiya üçün kimlərinsə iddialarını daim gündəmdə saxlamaq üçün ortaya atılmış bir işdir və bunu reallaşdırıb Azərbaycanı yeni bir eksperiment meydanına çevirməyə ehtiyac yoxdur. Əslinə qalsa, mən fikirləşirəm ki, Seçki Komissiyalarının tərkibini dəyişmək lazım gələcəksə, bunu sadəcə peşəkarlardan təşkil etmək lazımdır.
- Milli Məclisin fəaliyyətindən razısınız?
- Əlbəttə, razıyam. Bu gün Milli Məclis qanunverici orqan kimi üzərinə düşən vəzifənin öhdəsindən gəlir. Azərbaycanda və dünyada gedən proseslərə obyektiv qiymət ortaya qoyur, insanları narahat edən məsələləri gündəmə gətirir, mətbuatın müzakirə obyektinə çevirdiyi məsələlər münasibətini bildirir.
- Siyasi qüvvələrin Milli Məclisdəki fəaliyyətini necə qiymətləndirirsiniz? Müxalifətçilər özlərini parlamentdə necə aparırlar?
- Onlar özlərini elə müxalifətsayağı aparırlar. Amma parlamentdə müxalifət özü də yekcins deyil. Müxtəlif partiyaların təmsilçiləri müxtəlif cür münasibət sərgiləyirlər. Yəni müxalifətin müxalifətçiliyi fərqli xarakter daşıyır. Burada radikallar, konstruktivlər, müxalifət partiyasının üzvü olmasına baxmayaraq, sırf vətənpərvər mövqedən çıxış edənlər var. Yəni onlar ən müxtəlif məsələlərdə, ən müxtəlif mövqe sərgiləyirlər, mən bunları normal qiymətləndirirəm.
- Deputatların nizam-intizamından razısınız?
- Milli Məclisinin nizam-intizam komissiyası var və bu işlərlə həmin komissiya məşğuldur. Hələlik deputatların çərçivədən kənara çıxma halları olmadığı üçün komissiya bu məsələləri müzakirə etməyə ehtiyac görmür. Hansısa millət vəkilinin obyektiv səbəblərdən iclasda iştirak etməməsi mümkündür. Ümumilikdə deputatların nizam-intizamından razıyam.
- Ötən sessiyada parlamentdə baş verən əlbəyaxa davaya ən sərt münasibət bildirənlərdən biri də Siz oldunuz. Hadisədən bir neçə ay keçib, münasibətiniz dəyişməyib ki?
- Mən heç zaman şəraitə hesablanmış mövqe ortaya qoymadığım üçün indi də həmin hadisəyə münasibətimdə dəyişiklik yoxdur. Həmin hadisənin kim tərəfindən baş verməsindən asılı olmayaraq, mahiyyətə uyğun reaksiya vermək mənim xarakterimə aid olan məsələdir. Mən hansı hadisəyə necə reaksiya vermişəmsə, sona qədər də onun üzərində dayanıram.
- Çoxları elə fikirləşir ki, həmin hadisə Milli Məclisin imicinə mənfi mənada ciddi təsir göstərdi.
- İstənilən etik normadan kənar hərəkət təkcə Milli Məclisin deyil, ayrı-ayrı şəxslərin imicinə təsir edir. Belə hadisələrin baş verməməsinə çalışmaq lazımdır.
- Jurnalistlərin həbsinə münasibətiniz necədir? Çoxlarının düşüncəsinə görə, bu fakt Azərbaycanın beynəlxalq imicinə ciddi təsir edir.
- Mən düşünmürəm ki, 7 jurnalistin həbsi Azərbaycanın imicinə mənfi təsir göstərir. Ölkənin imicinə mənfi təsir edə bilən çox məsələnin adını çəkmək olar. Məsələn, adam oğurluğu, şəxsiyyətə ziyan vurmağa yönəlmiş hərəkətlər, məişət və ailə münaqişəsi zəminində baş verə bilən hadisələr... Bu kimi halların hər biri Azərbaycanın imicinə mənfi təsir göstərir. Bu kimi hallar baş verir, heç bir cəmiyyətdə bunun qarşısını tam almaq mümkün deyil. Qanunlar da ona görədir ki, bu kimi halların qarşısı alsın. Hər kəs məsələyə öz prizmasından yanaşır. Qanunlar ona görədir ki, sözünün məsuliyyətini dərk etməyənlər bunun məsuliyyətini daşısınlar.
- Mətbuatın parlamentin işini işıqlandırma səviyyəsindən razısınız?
- Çox zaman narazıyam. Milli Məclis, sadəcə, kimlərinsə bir-birinə xoş gəlməyən fikirlərin səsləndiyi yer deyil. Mətbuat isə xüsusilə bu məsələləri gündəmə gətirir. Jurnalistlərin parlament iclaslarının ikinci hissəsində, ümumiyyətlə, görmək mümkün deyil. Onlar ancaq cari məsələlərə aid hissədə parlamentdə olurlar, ikinci hissəyə çox az sayda jurnalist qalır. Təəssüf ki, Milli Məclisin əsas fəaliyyəti kölgədə qalır. /APA/

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ