Bank Of Baku

GUAM Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkda keçirilmiş iclasında 14 bənddən ibarət protokol imzalanıb

GUAM Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkda keçirilmiş iclasında 14 bənddən ibarət protokol imzalanıb
# 28 sentyabr 2007 09:26 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin sədrliyi ilə keçirilmiş iclasda Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Gela Bejuaşvili, Ukrayna və Moldovanın isə BMT-dəki daimi nümayəndəliyinin rəhbərləri Yuri Sergeev və Aleksey Tulbure iştirak ediblər. Görüşün nəticələrinə dair 14 bənddən ibarət protokol imzalanıb. Görüşdə sessiyanın gündəliyinə salınmış “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq aləm, təhlükəsizlik və inkişafa təsiri” bəndi üzrə GUAM-a üzv ölkələrin birgə fəaliyyəti məsələsi müzakirə edilib, bu layihənin BMT-ə üzv ölkələr tərəfindən dəstəklənməsi üçün məsləhətləşmələrin davam etdirmək barədə qərar verilib. Görüş iştirakçıları təşkilat çərçivəsində sahə əməkdaşlığı dinamikasının artmasını nəzərə alaraq Azərbaycan, Moldova və Gürcüstanın Kiyevdə akkreditə olunmuş səfirlərinin GUAM yanında daimi nümayəndə təyin olunması prosedurunu sürətləndirməyi tövsiyə ediblər. Bundan başqa Ukraynaya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsini GUAM yanında daimi nümayəndə təyin etmək tövsiyə olunub. Tərəflər həmçinin GUAM-ın Nizamnaməsinin və təşkilatın imtiyazları və immunitetləri haqqında Sazişin ratifikasiya olunması üçün ölkə daxili proseduraları sürətləndirmək, bu sənədlərin GUAM Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında ratifikasiyanın sürətləndirilməsi məsələsini müzakirə etməyi tövsiyə ediblər. Şuranın iclasında GUAM katibliyinin işə başlaması məsələsi də müzakirə olunub və Moldova nümayəndəsinin GUAM katibliyinə təyin olunması barədə qərar qəbul edilib. Moldova tərəfinin GUAM ölkələrində gənclər festivalları təşkil etmək barədə təklifini Şurada maraqla qarşılanıb. İclasda həmçinin 2008-ci il büdcəsi ilə bağlı məsələlər, oktyabrın 10-11-də Vilnüsdə keçiriləcək enerji sammiti çərçivəsində GUAM-ın 10 illiyinə həsr olunmuş GUAM sammiti keçirmək məsələsini müzakirə ediblər. GUAM Xarici İşlər Nazirləri Şurasının gələn ilin əvvəlində Kiyevdə keçiriləcək iclası zamanı təşkilatın katibliyinin təqdimetmə mərasimi keçirmək barədə razılığa gəlinib. GUAM-ın gələcək təbliği və onun fəaliyyətini KİV-də işıqlandırmaq üçün nazirlər baş katibə təkliflər paketi hazırlamağı tapşırıblar. Şuranın növbəti iclasının noyabrda Madriddə keçiriləcək ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının konfransı çərçivəsində keçirmək barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR