Bank Of Baku

Nyu-Yorkda ABŞ-GUAM formatında növbəti görüş keçirilib

Nyu-Yorkda ABŞ-GUAM formatında növbəti görüş keçirilib
# 28 sentyabr 2007 09:39 (UTC +04:00)
Danışıqlar zamanı ABŞ rəsmiləri GUAM-a dəstəyini bir daha bəyan edib, bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünü tanıdığını, bu məkanda mövcud olan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildiriblər. ABŞ tərəfi həmçinin GUAM ilə beynəlxalq təşkilatlar arasında multimodal daşımalar haqqında sazişin qüvvəyə minməsini alqışlayıb. GUAM ölkələri demokratiyanın inkişafına, təhlükəsizliyin yüksəlməsinə, mədəni və humanitar inkişaf istiqamətində atdığı addımlar barədə məlumat veriblər. ABŞ GUAM ölkələri tərəfindən Avropa normalarına riayət olunması və Avropaya inteqrasiya prosesini alqışlayıb. Tərəflər gələcək əməkdaşlığın detallarını payızda Vaşinqtonda Dövlət Departamentinin nümayəndəsinin iştirakı ilə GUAM Milli Koordinatorlar Şurasının iclasında müzakirə etmək barədə razılığa gəliblər. Tərəflər transxəzər əlaqələrinin inkişaf etdirmək barədə öz mövqelərini bir daha bəyan ediblər. ABŞ-GUAM formatında növbəti görüş bu il noyabrın 28-29-da Madriddə keçiriləcək. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR