Bank Of Baku

Robert Simmons: “İPAP-ın ikinci hissəsi ciddi islahatlar aparılmasını nəzərdə tutur”

Robert Simmons: “İPAP-ın ikinci hissəsi ciddi islahatlar aparılmasını nəzərdə tutur”
# 28 sentyabr 2007 10:33 (UTC +04:00)
Azərbaycan NATO ilə imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) ikinci hissəsini qəbul edib. Həmin sənəd iki il üçün nəzərdə tutulur. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. R. Simmons qeyd edib ki, İPAP-ın ikinci hissəsinin həyata keçirilməsi üçün artıq bəzi pozitiv addımlar atılıb: “İPAP-ın ikinci hissəsi birinci hissədən fərqli olaraq, çox ciddi məqsədlərə malikdir və ciddi islahatlar aparılmasını nəzərdə tutur”. Ermənistanda da səfərdə olduqlarını xatırladan xüsusi nümayəndə İrəvanda Dağlıq Qarabağla bağlı müzakirələr aparmadıqlarını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR