Bank Of Baku

Azərbaycan baş nazirinin müavini: “Murtuza Muxtarov küçəsi, 185-də uçmuş hündür mərtəbəli binanın ətrafındakı binalardan biri söküləcək”

Azərbaycan baş nazirinin müavini: “Murtuza Muxtarov küçəsi, 185-də uçmuş hündür mərtəbəli binanın ətrafındakı binalardan biri söküləcək”
# 28 sentyabr 2007 10:36 (UTC +04:00)
O deyib ki, bu işə Azərbaycanda olan ən aparıcı və yüksək səviyyəli mütəxəssislər cəlb olunub. “Yaşıl ev” adlanan birbloklu evə hazırda mütəxəssislərlə birdə baxış keçirdiklərini qeyd edən baş nazirin müavini 1 ay, 1 ay yarıma bərpa işlərini yekunlaşdırmağı düşündüklərini söyləyib: “Biz bu işləri qurtarmalıyıq ki, camaat köçməyə başlasın. Amma digər evlərdə - uçan binanın arxasındakı üçbloklu evdə keyfiyyətlə bağlı problem çoxdur. Fövqəladə Hallar Nazirliyi Cənubi Koreya və Belarusdan mütəxəssislər cəlb edib, hamı da eyni rəyi yazıb. Bundan ötrü mütəxəssis inşaatçı, konstruktor olmaq lazım deyil. 9 mərtəbəli binanın təməlinin üstündə 14 mərtəbə tikiblər. Yəqin, 1 ay ərzində mütəxəssislər həmin binada yoxlamanı tam başa çatdıracaqlar. Həmin binanın 1 bloku normal vəziyyətdədir, amma yenə də əl gəzdirmək lazımdır, 2 bloku isə problemlidir”. Baş nazirin müavinin fikrincə, binanın 4 mərtəbəsi sökülməli olacaq, 9 və 10-cu mərtəbələri isə gücləndirmək lazım gələcək.
A. Şərifov binalarda yoxlama aparmağın asan məsələ olmadığını da vurğulayıb: “Bizdə yüksək səviyyəli mütəxəssislərin sayı o qədər də çox deyil. Qanunsuz, qaydasız, ekspertiza rəyi olmadan tikilən evlərin sayı isə yüzlərlədir. Biz hələlik 200-dən artıq evi müayinə etməliyik. Bu asan məsələ deyil, aylarla vaxt aparacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR