Bank Of Baku

Qərib Məmmədov: “Rusiya və Gürcüstanla sərhədlərin delimitasiya ilə bağlı ekspertlər səviyyəsində iş aparılır”

Qərib Məmmədov: “Rusiya və Gürcüstanla sərhədlərin delimitasiya ilə bağlı ekspertlər səviyyəsində iş aparılır”
# 28 sentyabr 2007 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bunun çox ciddi və uzun sürən məsələ olduğunu bildirib. Azərbaycanın Rusiya ilə 390 km sərhəddinin olduğunu bildirən komitə sədri bu sərhəd xəttinin 90-95 faizinin razılaşdırıldığını qeyd edib. O, Rusiya ilə sərhəddə yerləşən “Stık” yüksəkliyinin, “Suqovşağı” adlanan ərazinin və Xaçmaz rayonunda meşə fonduna aid ərazinin hələlik razılaşdırılma ərəfəsində olduğunu bildirib. Gürcüstanla olan sərhəddin ümumi uzunluğunun 490 km olduğunu bildirən Q. Məmmədov bu xəttin 300 kilometrinin razılaşdırıldığını vurğulayıb. Q. Məmmədov sərhədlərin delimitasiyası ilə bağlı həm Rusiya, həm də Gürcüstanla ekspertlər səviyyəsində iş aparıldığını qeyd edib. Prosesin uzanmasına gəldikdə, komitə sədri bunu təbii sayır: “Sovetlər vaxtı hamımız bir dövlət olduğumuzdan indi sərhədləri müəyyənləşdirmək məsələsində problemlər yaranır. Hər araşdırma apardıqda, ortaya yeni məsələlər çıxır. Tutaq ki, belə bir fakt ortaya çıxır ki, Rusiya tərəfdə olan 50- 60 metr ərazi bizə aid olub, və yaxud da əksinə. Bunu qaydaya salmaq üçün növbətçi xəritələrdən istifadə edirik. Bu xəritənin hazırlayanların sırasında azərbaycanlı yoxdur, xəritələri rus, erməni və gürcü hazırlayıb. Buna baxmayaraq, xəritə bizi tam qane edir və onu məmnuniyyətlə qəbul edirik. Çünki o, bizim xeyrimizə olan bir xəritədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR