Bank Of Baku

Qərib Məmmədov: “Torpaq alqı-satqı predmeti olduğuna görə, onun satılmasında qəbahətli bir şey yoxdur”

Qərib Məmmədov: “Torpaq alqı-satqı predmeti olduğuna görə, onun satılmasında qəbahətli bir şey yoxdur”
# 28 sentyabr 2007 11:09 (UTC +04:00)
“Bakının mərkəzində torpağın qiymətinin baha olması təbiidir. Çünki Bakı 12 zonaya bölünüb və mərkəz birinci zonaya düşür”. APA-nın məlumatına görə, bu fikirləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov söyləyib. Onun sözlərinə görə, birinci zonadan uzaqlaşdıqca, qiymətlər aşağı düşür. Q. Məmmədov torpaqların bələdiyyə və torpaq mülkiyyətçiləri tərəfindən satılmasının da təbii olduğunu qeyd edib: “Qanuna görə, torpaq alqı-satqı predmetidir. Burada qəbahətli bir şey yoxdur, sadəcə, bazar qiyməti və torpağın normativ qiyməti var. Bazar qiymətini torpaq sahibi və ya bələdiyyə özü müəyyənləşdirir. Qanunla torpağın satılması və ya icarəyə verilməsi əvvəldən elan olunmalıdır. Torpaq alıcılarından hansının torpaqla bağlı irəli sürdüyü təkliflər torpağın qorunması baxımından əhəmiyyətli olsa, ərazi ona verilməlidir. Amma əslində, heç kimin xəbəri olmadan bələdiyyə və ya icra hakimiyyətləri istədikləri şəxsin adına sərəncam verirlər və məsələ bitir”. Q. Məmmədovun sözlərinə görə, bələdiyyə və icra hakimiyyətlərinin hərrac və müsabiqə olmadan torpaq verməsi bir sıra hallarda neqativ nəticələrə səbəb olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR