Bank Of Baku

Gültəkin Hacıyeva: “AŞPA-nın oktyabr sessiyasında Azərbaycan üçün xüsusi maraq qəsb edən bir neçə məsələ müzakirə olunacaq”

Gültəkin Hacıyeva: “AŞPA-nın oktyabr sessiyasında Azərbaycan üçün xüsusi maraq qəsb edən bir neçə məsələ müzakirə olunacaq”
# 28 sentyabr 2007 11:47 (UTC +04:00)
Sessiyanın ölkəmiz üçün prioritetlərini APA-ya açıqlayan Gültəkin Hacıyeva deyib ki, sessiyada Azərbaycanla birbaşa bağlı olan məsələ müzakirəyə çıxarılmayacaq: “Ancaq bu sessiyanı Azərbaycan üçün çox maraqlı və əhəmiyyətli edən məqam odur ki, bu dəfə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA-ya qonaq qismində dəvət olunub və sessiyada çıxış edəcək. Düşünürəm ki, bu, ölkəmiz üçün çox önəmli hadisədir, Azərbaycanın Avropada nüfuzunun artmasına, Azərbaycan-Avropa Şurası münasibətlərinin inkişafına və Azərbaycanın AŞPA-dakı mövqeyinin güclənməsinə dəlalət edir”.
Qeyd edək ki, sessiyanın ilk günü Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzəsi də dinləniləcək. Buna münasibət bildirən məruzəçi deyib ki, bu fakt da Azərbaycanın AŞ-dəkı mövqeyinin, çəkisinin artmasının göstəricisidir. Deputat, həmçinin, bildirib ki, sessiyada müzakirəyə çıxarılacaq mövzular arasında Azərbaycan üçün əhəmiyyətli olan qloballaşan dünyada iqtisadi yüksəliş və sosial müdafiə mövzusu da var: “Azərbaycanın iqtisadi yüksəlişi, bu yüksəliş fonunda sosial problemlərin həlli istiqamətində həyata keçirilən layihələr, bu layihələrin dünyada gedən qloballaşma prosesindəki çəkisi baxımından bu, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan mövzudur”. G. Hacıyevanın sözlərinə görə, Azərbaycan üçün maraqlı məsələlərdən biri də Moldovanın öhdəlikləri ilə bağlı müzakirələrdir: “Moldova Azərbaycanın strateji tərəfdaşıdır, GUAM çərçivəsində ölkəmizlə çox sıx əməkdaşlıq edir. Sözsüz ki, demokratiya yolunda inamla irəliləyən, demokratik islahatlar istiqamətində çox ciddi uğurlara nail olan Moldovaya dəstək mövqeyindən çıxış edəcəyik”. G. Hacıyeva, həmçinin, bildirib ki, onun da üzvü olduğu AŞPA Monitorinq Komitəsinin (MK) iclasında Azərbaycanla bağlı müzakirələr gözlənilmir: “Çünki belə müzakirələr Monitorinq Komitəsinin sentyabrın 12-də Parisdə keçirilmiş iclasında informasiya mübadiləsi şəklində baş tutub. Bu dəfə isə Komitədə Azərbaycana birbaşa aidiyyəti olan uzadılmış münaqişələrlə bağlı Berlində keçiriləcək dinləmələrə hazırlıqla bağlı informasiya mübadiləsi olacaq”. Deputat xatırladıb ki, uzadılmış münaqişələrə dair dinləmələr noyabrın 5-6-də Berlində keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR