Bank Of Baku

Rusiya Qəbələ RLS-i müasirləşdirməyə hazırdır

Rusiya Qəbələ RLS-i müasirləşdirməyə hazırdır
# 28 sentyabr 2007 12:10 (UTC +04:00)
ABŞ Rusiyanın Qəbələ RLS-dən birgə istifadə barədə təklifini qəbul edərsə, bu stansiya müasirləşdirilə bilər. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin çıxış edib. O, ABŞ-ın Çexiya və Polşada quracağı raket hücumundan müdafiə sisteminin potensial İran təhlükəsi ilə bağlı olduğuna dair Vaşinqtonun arqumentləri ilə razılaşmayıb: “Əvvəlcə bizə İraq təhlükəsindən bəhs edirdilər. İraq təhlükəsi yox olduqdan sonra ortaya İran çıxdı. Bizdə belə hiss var ki, amerikalı tərəfdaşlarımız bütün kartlarını açmır”. V. Popovkinin fikrincə, Polşada yerləşdirəcək raket əleyhinə vasitələrin İrandan ABŞ istiqamətində buraxılacaq raketlərlə mübarizə apara biləcəyi şübhəlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR