Bank Of Baku

Ukraynadakı seçkiləri izləmiş azərbaycanlı deputatlar oktyabrın 4-də Bakıya qayıdacaqlar

Ukraynadakı seçkiləri izləmiş azərbaycanlı deputatlar oktyabrın 4-də Bakıya qayıdacaqlar
# 01 oktyabr 2007 16:14 (UTC +04:00)
Ukraynada keçirilən parlament seçkilərini müşahidə etmiş azərbaycanlı deputatlar oktyabrın 4-də Bakıya qayıdacaqlar. Bu barədə APA-ya Milli Məclisinin Aqrar siyasət daimi komissiyasının sədri, ATƏT PA-nın müşahidə missiyasının tərkibində Kiyevə getmiş Eldar İbrahimov məlumat verib. Hazırda Kiyevdə olan E. İbrahimovun sözlərinə görə, azərbaycanlı deputatlar ayrı-ayrı müşahidə missiyalarının tərkibində seçkiləri izləyiblər. Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının, Fərrux Zeynalov və Ərəstun Cavadov isə MDB Parlament Assambleyasının missiyasının tərkibində seçkiləri müşahidə ediblər. Millət vəkili həm təyyarə probleminə, həm də müşahidə missiyalarının mətbuat konfranslarında iştiraka görə oktyabrın 4-nə kimi Kiyevdə qalacaqlarını qeyd edib. E. İbrahimov seçkilərdə ciddi nöqsanlar qeydə alınmadığını da bildirib: “İndi Kiyevin əsas meydanında ilkin nəticələrə görə birinci yerdə olan Regionlar Partiyasının bayram mitinqi başlayıb. Amma hər saat nəticələr dəyişir”. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti isə bu gün günortadan sonra Azərbaycana yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR