Bank Of Baku

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi dəyişdirilib

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi dəyişdirilib
# 02 oktyabr 2007 14:40 (UTC +04:00)
S. Seyidov Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunmasının vacibliyini vurğulayıb : “Çünki Toni Lloyd öz səlahiyyətlərini yekunlaşdırdı. Bu ilin oktyabr-noyabr aylarında Azərbaycan üzrə yeni həmməruzəçinin təyin olunacağı gözlənilir. Həmin şəxsin sosialist qrupundan olması mümkündür. Azərbaycanla bağlı əsasən həmməruzəçi Herkel və mən çıxış etdik. Herkel təbii ki, insan haqları, jurnalistlərlə bağlı mövqeyini, narahatlığını ifadə etdi.
Mən də öz növbəmdə bu məsələlərin həllində Azərbaycanın da maraqlı olduğunu, bu problemlərin yaxın vaxtlarda həllini tapacağını söyləyib. Eyni zamanda Azərbaycanda bütün məsələlərin qanun çərçivəsində həll edildiyini, qanun pozuntusu olmadığını, buna görə də məsələlər səbirlə yanaşmağın lazımlılığını vurğuladım. Monitorinq Komitəsi məruzəçilər təyin edildikdən sonra böyük ehtimalla bu ilin sonu, gələn ilin əvvəli məruzəçilər Azərbaycana gələcək, bu da Venesiya Komissiyasının işindən asılıdır. Çünki Venesiya Komissiyası da bu ilin sonuna kimi Azərbaycanda öz işini yekunlaşdırmalıdır”.
Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunması ilə bağlı məsələnin tez-tez səsləndirildiyini deyən S. Seyidov bu məsələ ilə bağlı işçi qrup olduğunu, yalnız bu qrupun işində nəticə olmayacağı təqdirdə məruzəçinin təyin olunması məsələsinin aktual ola biləcəyini deyib: “İndi isə işçi qrup işləyir, normal fəaliyyət və nəticə var . Ona görə də bu mərhələdə məruzəçinin təyin olunacağına inanmıram”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR