Bank Of Baku

Bakıda Azərbaycan və Moskva hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan və Moskva hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 02 oktyabr 2007 13:11 (UTC +04:00)
“Azərbaycanda Moskva mədəniyyəti günləri” çərçivəsində Bakıda Azərbaycan və Moskva hökumətlərarası komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib. Səfir bildirib ki, görüşdə iqtisadi-ticarət əlaqələri müzakirə olunacaq, sonda görüşün yekun protokolu imzalanacaq: “Bundan başqa, Bakıda “Moskva Evi”nin, Moskvada isə “Bakı Evi”nin tikilməsi də iclasda müzakirə ediləcək”.
Qeyd edək ki, Azərbaycan-Moskva hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri baş nazirin müavini Yaqub Eyyubov, Moskva tərəfdən həmsədri isə vitse-mer Lyudmila Şvetsovadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR